“Dövlət-özəl tərəfdaşlığı zamanı dövlət hətta səhmdar da ola bilər. Amma bu pay layihədə 49 %-dən çox olmamalıdır”.
FED.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, dövlət ümumiyyətlə, layihədə sərmayəçi, səhmdar olmaya da bilər. (Apa)