Azərbaycanda 2018-ci ildə özəl sektor tərəfindən 5 milyard 868 milyon 276.24 min dollar dəyərində mal və məhsul ixrac edilib.
FED.az-ın məlumatına görə, bu, Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi statistikada əksini tapıb.
ELƏCƏ DƏ BAX: Keçən il yaradılan şirkətlərin sayı – AÇIQLANDI
Bu, 2017-ci illə müqayisədə 12 faiz çoxdur. 2017-ci ildə özəl sektor tərəfindən 4 milyard 801 milyon 837.13 min dollar dəyərində mal və məhsul ixrac olunub.
Bununla belə, özəl sektorun ümumi ixracatdakı payında azalma qeydə alınıb. Əgər 2017-ci ildə özəl sektorun ixracda payı 35 faiz civarında olubsa, 2018-ci ildə bu göstərici 30 faizə enib.
Özəl sektorda ixracat artdı – RƏQƏMLƏR
19:41
22 Yan 2019