Son bir ildə Azərbaycanda özəl setorda çalışanların sayı 50 min nəfər artıb. FED.az xəbər veir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Komitənin məlumatına görə, 2019-cu il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 1 milyon 613,7 min nəfər olub. Onlardan 903,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 710,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Ötən illə müqayisədə muzdlu işçilərin sayı 67,5 min nəfər artıb. Belə ki, ötən ilin eyni dövründə muzdlu işçilərin sayı 1 milyon 546,2 min nəfər idi.
Bu dövrdə dövlət sektorunda çalışanların sayında 17,7 min nəfər artım var. Ötən il dövlət sektorunda 885,7 min nəfər çalışırdı.
Özəl sektorda çalışan işçilərin sayı isə 49,8 min nəfər artıb. Bu sahədə ötən il 660,5 min nəfər işləyib.