2023-cü ilin yanvar-fevral aylarında Özbəkistan xarici ölkələrə 3 mindən artıq kondisioner ixrac edib.
2022-ci ildə Azərbaycana kondisioner idxalı - 35,5% ARTIB
FED.az xəbər verir ki, bu dövrdə 8 xarici ölkəyə Özbəkistanda istehsal olunmuş 3 140 kondisioner ixrac edilib ki, bu da əvvəlki ilin eyni dövründən 3 dəfə artıqdır. Kondisioner ixracının ümumi həcmi 959 min dollar olub.
Bu hesabla, Özbəkistan 1 kondisioneri orta hesabla 305 dollara ixrac edir.
Bu dövrdə ən çox kondisioner Azəraycana ixrac edilib – 1410 ədəd. Sonrakı yerləri Tacikistan və Qırğızıstanı tutur.
Özbəkistanın 2023-cü ilin ilk 2 ayında kondisioner ixrac etdiyi ölkələr
Azərbaycan – 1410 ədəd
Tacikistan – 1289 ədəd
Qırğızıstan – 208 ədəd
Moldova – 186 ədəd
Rusiya – 32 ədəd