Özbəkistanın investisiyalar üzrə Dövlət Komitəsi və Cənubi Koreyanın POSCO DAEWOO şirkətləri arasında Daşkənddə müasir yüksək texnoloji istehsalın “High Tech City” adlı texnoloji mərkəzin yaradılması ilə bağlı 1,4 milyard dollar məbləğində iri həcmli investisiya müqaviləsi imzalamışlar.
Bundan əlavə xarici investor Daşkənddə layihə dəyəri 100 milyon dollar olan Özbəkistan- Koreya Texnologiya İnstitutunu təşkil etmək niyyətində olduqlarını bildirmişlər. Həmçinin Koreyalı investorlar günəş panelləri üçün modulların istehsalı ilə bağlı bu ölkə iqtisadiyyatına 630 milyon dollardan çox investisiya qoymaq niyyətindədirlər. Bundan əlavə investorlar dövlət özəl sektor tərəfdaşlığı(PPP) çərçivəsində hasilat gücü 2GVt olan bir neçə günəş fotoelektrik stansiyası tikmək niyyətindədirlər.
digitalazerbaijan.az©