“Gizli iqtisadiyyatla mübarizə müfəssəl şəkildə işlənilmiş proqram tələb edir. Biz hələ onu işləyib başa çatdırmamışıq, lakin bu proqramın üzərində işləyəcəyik. Yəqin ki, bilirsiniz, bir qədər böyük də səslənsə, 5-7 ildən sonra bizim hər bir ödəniş barədə məlumatımız olacaq. Bu, bütün dünyada belədir və mənə elə gəlir ki, bizdə də belə olacaq”.
FED.az bildirir ki, bunu Özbəkistanın maliyyə naziri Cəmşid Kuçkarov deyir.
Özbəkistan Maliyyə Nazirliyinin keçən il açıqladığı rəsmi rəqəmlərə əsasən, ölkədə “kölgə iqtisadiyyatı” göstəricisi 50 faizdən artıqdır. C.Kuçkarov qeyd etmişdir ki, əlavə dəyər vergisinin 20 faizlik yeni dərəcəsi “kölgə iqtisadiyyatı” ilə mübarizənin postulatlarından biridir. Nazir dəfələrlə vurğulamışdır ki, bir ilin içində bundan qurtarmaq mümkün deyil.
Eləcə də bax: Özbəkistan 109 ölkənin vətəndaşına yaşamaq hüququ verəcək - ŞƏRTLƏR
Onun sözlərinə görə, artıq ölkədə elektron hesab-faktura tətbiq edilir. 2018-ci il oktyabr ayının 15-dən Çirçik, Nəvai və Sırdərya vilayətlərində elektron hesab-fakturaların eksperiment qaydasında tətbiqinə başlanılmışdır. Eksperiment bu ilin fevralına qədər davam edəcək. Əldə edilən nəticələrə əsasən, bu sistemdən ölkənin bütün ərazisində istifadə etmək üçün təkliflər hazırlanacaq.