Ötən il sahibkarların 2726 layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit ayrılıb.
Ötən il ən çox məbləğdə güzəştli kredit verən - BANKLAR
FED.az xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.
Kreditlərin 87,1 milyon manatı kənd təsərrüfatı məhsulları istehsalının, 37,3 milyon manatı sənaye məhsullarının istehsalı və emalının, 9,1 milyon manatı turizmin, 12,4 milyon manatı isə digər sahələrin payına düşür.