2019-cu ildə “Made in Azerbaijan” brendinin tanıtmağı məqsədilə 11 beynəlxalq sərgilərdə vahid ölkə stendi, 9 ixrac missiyası təşkil olunub.
Eləcə də bax: Bu il Azərbaycandan ən çox bu – 5 ÖLKƏYƏ MƏHSUL İXRAC OLUNUB
FED.az xəbər verir ki, bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, ötən il ərzində ixracın təşviqinə 9 mln. manata yaxın vəsait ödənilib: “Həmin ödənilən məbləğ sayəsində 150 mln. ABŞ dollarından artıq məhsulların ixracı stimullaşdırılıb”, – deyə Y. Abdullayev qeyd edib.
APA