2023-cü ildə ixracın neft-qaz sektoru üzrə dəyəri 13% azaIıb.
FED.az bu barədə Mərkəzi Bankın "Pul İcmalı"na istinadən xəbər verir.
Bu da əsasən ixrac qiymətlərinin dəyişimi ilə bağlıdır.
İxracın dəyəri xam neft üzrə 16.6%, təbii qaz üzrə isə 8.7% azalıb.
Xam neft və neft məhsullarının 43.6%-i İtaliyaya, 7.6%-i Hindistana, 5.4%-i Almaniyaya, 4.7%-i İspaniyaya, 4.2%-i Çexiya və 34.5%-i digər ölkələrə ixrac olunub.
İl ərzində qeyri neft-qaz sektoru üzrə ixrac 9.9% artıb.
İxracı artan əsas məhsullar elektrik enerjisi, alkoqollu və alkoqolsuz içkilər, sement, tərəvəz, meyvələr və onların emal məhsulları, plastmassa və onlardan hazırlanan məmulatlar olub.
Ümumilikdə, hesabat ilində ixracda əsas tərəfdaşlar İtaliya (44.8%), Türkiyə (15.8%), Yunanıstan (4.0%), Hindistan (3.6%) və Rusiya (3.5%) kimi ölkələr olub.