2020-ci ilin dekabr ayında Azərbaycan xarici ölkələrə 21,9 mln ABŞ dolları dəyərində qızıl ixrac edib.
Eləcə də bax: 2020-ci ildə Azərbaycanın qeyri-neft ixracı açıqlandı - QIZIL, POMİDOR, PAMBIQ...
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında bildirilir.
Bu, 2019-cu ilin dekabr ayının göstəricisi ilə müqayisədə 7,1 mln ABŞ dolları və ya 48 % çoxdur.
2020-ci il ərzində Azərbaycan xarici ölkələrə 205,6 mln ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 33,2 mln ABŞ dolları və ya 19,25 % çoxdur. (Report)