2016-cı ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 50,3 milyon ton, yük dövriyyəsi isə 9917,4 milyon ton-km olub. Yüklərin 31,5 milyon tonu və ya 62,6 faizi avtomobil nəqliyyatı, 13,8 milyon tonu və ya 27,4 faizi dəmir yolu nəqliyyatı, 5,0 milyon tonu və ya 10,0 faizi dəniz nəqliyyatı ilə daşınıb.
2015-ci illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 3,7 faiz azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 10,9 faiz və 17,7 faiz) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 15,7 faizini və ya 7,9 milyon tonunu tranzit yüklər təşkil edib.