2017-ci ilin iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 212 min 764 ton Azərbaycan nefti nəql olunub.
SOCAR-dan FED.az-a bildirilib ki, cari ilin yanvar-iyun aylarında bu kəmərlə 13 milyon 174 min 287 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il iyul ayının 1-ə qədər BTC-yə 334 milyon 712 min 349 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin iyun ayında BTC kəməri ilə 564 min 548 ton Türkmənistan nefti nəql olunub.
Ötən ay BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub
10:57
5 İyul 2017