Xəbər verildiyi kimi, Dövlət Statistika Komitəsi (DSK) ölkədə inflyasiya göstəricilərini açıqlayıb.FED.az komitəyə istinadən sentyabr ayında bahalaşan və ucuzlaşan qeyri-ərzaq mallarını təqdim edir.
Ötən ay bahalaşan qeyri-ərzaq malları:
- parçalar,
- geyim,
- inşaat materialları,
- mebel və ev əşyaları,
- xalça və digər döşəmə örtükləri,
- ev üçün toxuculuq məmulatları,
- məişət cihazları,
- kiçik elektrik cihazları,
- oyuncaqlar,
- kitablar,
- dəftərxana ləvazimatları,
- zərgərlik məmulatları.
Ötən ay ucuzlaşan qeyri-ərzaq malları :
-müalicə ləvazimatları və cihazları,
- minik avtomobilləri,
- velosipedlər,
- mobil telefonlar
- planşet tipli kompüterlər.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Ötən ay bahalaşan və ucuzlaşan qeyri-ərzaq malları – SİYAHI
16:09
10 Okt 2018