Ötən ay bahalaşan və ucuzlaşan ödənişli xidmətlər – SİYAHI
16:29
10 Okt 2018
Xəbər verildiyi kimi, Dövlət Statistika Komitəsi (DSK) ölkədə inflyasiya göstəricilərini açıqlayıb.FED.az komitəyə istinadən sentyabr ayında bahalaşan və ucuzlaşan ödənişli xidmətləri təqdim edir.
Ötən ay bahalaşan ödənişli xidmətlər:
-məişət cihazları,
-avtomobillərin təmiri,
-hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma,
-bərbərxana,
-kosmetoloji,
-stomatoloji,
-ictimai iaşə xidmətlərinin qiymətləri,
-mənzillərin icarə haqqı,
-kompüter və xarici dil kurslarında təhsil haqqı.
Ötən ay ucuzlaşan ödənişli xidmətlər:
-respublikadan kənara istirahət turlarının qiymətləri,
-dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə istisna olmaqla,
-hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətləri.
Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.