İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyində icraçı direktor vəzifəsinə təyinat olub.
İqtisadiyyat nazirinin müvafiq əmri ilə bu vəzifəyə Orxan Məmmədov təyin olunub.
Orxan Məmmədov 1984 cü il iyul ayının 1 də Bakı şəhərində anadan olub. O, 2005 ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib, 2009 cu ildə Odlar Yurdu Universitetinin Biznes administrasiyası üzrə magistr dərəcəsini alıb. 2012-ci ildə Azərbaycan İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini bitirən O.Məmmədov əmək fəaliyyətinə 2006-cı ildən Sənaye və Energetika Nazirliyində başlayıb, 2007-ci ilin martından 2018-ci ilin fevralınadək İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, məsləhətçidən şöbə müdiri vəzifəsinə yüksəlib.
Evlidir,üç övladı var.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 28 dekabr tarixli fərmanı ilə yaradılıb.