"Silahlı Qüvvələrimiz döyüş meydanında rəşadət göstərib, tarix yazdı. Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesinin hərbi mərhələsi parlaq qələbəmizlə başa çatdı. İndi Qarabağın qayıdışı prosesində yeni mərhələyə - iqtisadi bərpa dövrünə qədəm qoyuruq".
Eləcə də bax: "İşğaldan azad edilən ərazilərin yeni şəhərsalma planı qurulacaq"
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
Millət vəkili bildirib ki, indi növbədə yaşayış məskənlərimizdə normal həyatın təmin edilməsidir. Beləliklə, iqtisadi və maliyyə potensialımızdan diplomatik müstəviyə keçmiş Qarabağ nizamlamasında necə yararlanacağıq?
Eləcə də bax: Azərbaycan şirkəti Füzulidə - Böyük Zavod Tikəcək
1. İnfrastrukturun bərpası.
Şübhəsiz ki, ilk növbədə doğma evlərinə dönəcək əhalinin yaşayışı üçün tələb olunan bütün lazımi şərait yaradılacaq. Evlər, məktəblər, istehsal sahələrindən tutmuş, elektrik, su, qazla təchizadadək. Qarabağ yaxın illərdə Azərbaycanın ən müasir və yeni infrastrukturuna malik bölgəsi olacaq. Biz bu torpaqların gerçək sahibləri olduğumuzu sübut edəcəyik.
Eləcə də bax: İşğaldan azad olunan ərazidə - Kondisioner Zavodu Tikiləcək – 500 İŞ YERİ
Göstərəcəyik ki, Qarabağın əsil sakinləri onu 30 ildir talan edən və viran qoyan, işğal edilmiş kənd və şəhərlərimizdən oğurladıqları tikinti materialları ilə Xankəndimizdə 3-5 bina tikən, vəsf edilən diasporalarının ianələri ilə Laçında, Kəlbəcərdə tək-tük qəsəbələr salıb oralara Livandan, Suriyadan soydaşlarını köçürən ermənilər deyil, bizik. Bunu bütün dünyaya nümayiş etdirəcəyik!
Eləcə də bax: İşğaldan azad edilmiş ərazidə "Mətanət A" şirkəti zavod tikəcək
2. Tikəcəyimiz iqtisadi infrastruktur
– zavodlar, fabriklər, fermer təsərrüfatları, salacağımız bağlar, əkin sahələri milli iqtisadiyyatımıza böyük həcmli gəlirlər gətirəcək və əhalimizin məşğulluq probleminin həllində başlıca rol oynayacaq. Avtomobil və dəmir yolları şəbəkəsi bölgənin paytaxt Bakı ilə əlaqəsini gücləndirəcək, burada xüsusilə yüksək məhsuldar torpaqlardan becərilmiş kənd təsərrüfatı məhsulları Azərbaycanın ixracat potensialına güc qatacaq. İqtisadiyyatımız böyüyəcək.
3. Qarabağın zəngin turizm potensialı,
gözəl təbiətinin onun dünyada Azərbaycanın bir parçası olması istiqamətində təbliğati prosesdə ciddi əhəmiyyəti var. Çox güman ki, bu ərazilərdə həyatın normal məcraya dönməsi ilə dövlətin ən çox diqqət verəcəyi və yatırım edəcəyi sahə turizm olacaq. Təmiz havası, zəngin təbiəti, müalicəvi bulaqları və təbii ki, tarixi abidələri Qarabağda turizmin vizit kartı olacaq. Yeri gəlmişkən, biz dünyaya sübut və nümayiş edəcəyik ki, Qarabağın tarixi irsi biz azərbaycanlılara məxsusdur və böyüklərimizin mirasıdır. Torpaqlarımızı tərk edəcəklərini görən ermənilər ortaya xristian məbədlər və kilsələr məsələsini atmaqla beynəlxalq ictimaiyyətə problemi dini bucaqdan göstərmək istəyir. Ancaq biz necə ki, bütün ölkəmiz boyu olan xristian məbədlərini bərpa etmişik, Qarabağda da alban tarixinin yadigarları olan monastırları və kilsələri restavrasiya edib yeni nəsillərə ötürəcəyik.
4. Qarabağın mədəniyyət beşiyi,
Şuşanın “Qafqazın konservatoriyası” olduğunu unutmamalı, dərin mədəni irsimizi, musiqimizi və incəsənətimizi inkişaf etdirməliyik və bu istiqamətdə iqtisadi imkanlarımız mühüm rol oynayacaq. Qarşımızda son iki əsrdə olmayan qədər böyük perspektivlər var. Mədəniyyətimizlə Qarabağın bizə məxsusluğunu sübut etməliyik. İndi bu istiqamətdə bizə heç kim maneə ola bilməz, biz nə ittifaq subyektiyik, nə də kimlərisə incitməmək kimi lüksumuz yoxdur.