OPEK ölkələri hasilatın azaldılması şərtlərinin icrasının qiymətləndirilməsi zamanı neft istehsalı barədə müstəqil məlumatların vahid blokundan istifadə etməyə razılaşdılar. Bu barədə təşkilatın baş katibi Məhəmməd Barkindo The Wall Street Journal-ına verdiyi müsahibəsində bildirmişdir.
Sözügedən qərar OPEKin texniki ekspertlərinin oktyabrın sonunda keçirilən görüşündə qəbul olunmuşdu.
M.Barkindonun sözlərinə görə əldə edilən razılaşma təşkilat ölkələri tərəfindən neft hasilatının azaldılmasına dair razılığın əldə edilməsi yolunda atılan vacib addımdır ki, bununla bağlı qərar 30 noyabr Vyana iclasında müzakirə ediləcəkdir.
Əvvəllər bildirildiyi kimi Əlcəzairdə OPEK ölkələri (dünyada istehsal olunan neftin 40%-ni idarə edən) ilə keçirilən sentyabr görüşündə neft hasilatının sutkada 32,5-33 milyon barelədək azaldılması qərara alınmışdı. Yekun, rəsmi və yazılı təsdiqlənən razılaşmalar kartelin bu ay keçirəcəyi rəsmi görüşündə əldə edilməlidir.
İraq a daxil olmaqla bəzi OPEK ölkələri neft hasilatının real azaldılması həcmlərinin qiymətləndirilməsi zamanı "ikinci dərəcəli mənbələrdən" (Beynəlxalq energetika agentliyi, ABŞ energetika nazirliyinin energetika sahəsində məlumatlar üzrə idarəsi, eləcə də digər müstəqil təşkilatlar tərəfindən nəzərə alınan) neft istehsalı məlumatlarının istifadəsi əleyhinə çıxış edirdilər.
"İkinci dərəcəli mənbələrə" əsasən nəqliyyat şirkətləri, neft treyderləri və s. aiddir.
İraq və digər bu kimi ölkələrdən olan ekspertlər qeyd edirdilər ki, bu məlumatlar çox vaxt yanlışdır və yalnız ölkələrin rəsmi qiymətləndirmələrini diqqətə almağı təklif edirdilər. Həmçinin M.Barkindonun sözlərinə görə oktyabrın sonunda 14 OPEK ölkəsinin eksperti neft hasilatının azaldılması şərtlərinin icrası zamanı "ikinci dərəcəli mənbələrdən" istifadə etmək barədə razılaşdı. İraq da həmçinin "ikinci dərəcəli mənbələrdən" gələn məlumatları nəzərə alaraq ölkədə neft hasilatı barədə məlumatlara yenidən baxmağa razılaşdı.
М.Barkindo qeyd etdi ki, OPEK-də iri neft istehsalçısı olan Səudiyyə Ərəbistanı Əlcəzair razılaşmalarına əməl etməyə hazırdır.
OPEK qərarlarının reallaşması nəticəsində neft qiymətlərinin stabilləşməsi perspektivləri hasilatın azaldılmasına dair danışıqları çətinləşdirir. Bu barədə Financial Times qəzeti yazır. OPEK-in neft qiymətlərini dəstəkləmək ilə bağlı uğuru aşağı qiymətlər müşahidə edilən şəraitdə ciddi çətinliklərlə üzləşən amerikan şist neft istehsalçılarının aktivləşməsinə təkan yarada bilər.