Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2019-cu il üçün gündəlik neft hasilatının orta qiymətinə dair proqnozunu əvvəlki 800 min barel səviyyəsində saxlayıb.
ELƏCƏ DƏ BAX: "Apple"ın yeni proqnozu nefti də vurdu
FED.az-ın məlumatına görə, təşkilatın yanvar ayına aid olan hesabatındakı proqnozuna əsasən, cari ilin birinci rübündə Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq, ikinci rübündə isə 810 min barelədək artacaq.
Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış saziş çərçivəsində Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq öhdəliyini götürmüşdü.
Ötən ilin dekabrın 7-də Vyanada OPEC və qeyri-OPEC nazirlərinin V müşavirəsində 2018-ci il oktyabr ayı səviyyəsinə nisbətən gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılıq əldə edilmişdi. Yeni qərara əsasən, Azərbaycan 2019-cu ilin yanvar ayından gündəlik hasilatı, təqribən, 20 min barel azaltmaq öhdəliyi götürüb.
OPEC Azərbaycanda neft hasilatı proqnozunu – AÇIQLADI
20:53
17 Yan 2019