Bu il Azərbaycanda gündəlik neft hasilatının orta həcmi 800 min barel səviyyəsində qalacaq.
FED.az-ın məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) fevral ayına dair hesabatında bildirilir.
ELƏCƏ DƏ BAX: Azərbaycan nefti bahalaşıb - QİYMƏT
İlkin məlumata görə, bu ilin yanvar ayında Azərbaycanda neft və kondensatın gündəlik hasilatının orta həcmi 10 min barel azalaraq 810 min barelə düşüb (OPEC+ ölkələrinin hasilatı azaltması bu göstəricidən hesablanır).
Xatırladaq ki, 10 dekabr 2016-cı il tarixində Vyanada (Avstriya) imzalanmış sazişə əsasən, Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq barədə öhdəlik götürmüşdü.
2018-ci il dekabrın 7-də isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Vyanadakı V müşavirəsində 2018-ci ilin oktyabr ayına nisbətən gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılıq əldə edilmişdi. Yeni qərara görə, Azərbaycan 2019-cu ilin yanvar ayından etibarən gündəlik hasilatı, təqribən, 20 min barel azaltmaq öhdəliyi götürüb.
OPEC Azərbaycan üzrə proqnozunu – AÇIQLADI
19:14
12 Fev 2019