Onlayn alış-verişdə istehlakçılar daha çox aldadılır və bir çox hallarda əldə sübut olmadığından malı dəyişdirmək və ya geri qaytarmaq olmur. Bu zaman alıcı nə etməlidir?
Onlayn alış-veriş edərkən kartınızın məlumatları oğurlana bilər - DİQQƏTLİ OLUN!
FED.az xəbər verir ki, malın hansı formada alınmasından və istehlakçıya təqdim edilməsindən asılı olmayaraq, istehlakçılar əldə etdikləri malı satıcıdan qəbul etməmişdən öncə, ciddi şəkildə yoxlamalı, satıcıdan mala dayir zəruri sənədləri, qəbz mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənədi tələb etməlidir. (vergilər.az)