Ölkəyə ən çox valyuta gətirən – 10 ÖZƏL ŞİRKƏT
2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın 10 özəl şirkəti xaricə ümumilikdə 440 milyon dollarlıq qeyri-neft məhsulu ixrac ediblər.
FED.az xəbər verir ki, bu barədə Noyabr ayı üzrə ixrac-icmalında bildirilir.
Hesabat dövründə ən çox qeyri-neft məhsulu ixrac edən özəl şirkətlər - “MKT İstehsalat Kommersiya” MMC - 100,9 milyon dollar
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi – 84,2 milyon dollar,
“Baku Steel Company” MMC - 36,3 milyon dollar
“Almeyvə” MMC – 33,9 milyon dollar
Şirinov Elvin Valeh oğlu – 33,7 milyon dollar
“Rose Servis” MMC – 33,7 milyon dollar
“Mors Trading” MMC – 31,8 milyon dollar
“P-Aqro” MMC – 29,1 milyon dollar
“STP Alüminium” MMC – 28,5 milyon dollar
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC – 27,6 milyon dollar.