Azərbaycanda ölkə iqtisadiyyatı üçün və strateji baxımdan vacib olan malların siyahısı təsdiqlənib.
FED.az xəbər verir ki, nazirlər Kağineti özünün 2 qərarı ilə «Ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların Siyahısı»nı və «Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası»nı təsdiq edib.
Qərara əsasən Maliyyə Nazirliyi bu nomenklaturası təsdiq edilmiş fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının yaradılmasının cari ildə maliyyələşdirilməsinə dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Dövlət Ehtiyatları Agentliyi bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.