Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda qiymət artımı ilə bağlı son rəqəmləri açıqlayıb. FED.az komitəyə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artıb. Bu dövrdə ərzaq məhsulları 2,5 faiz, qeyri-ərzaq malları 3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 2,5 faiz bahalaşıb.
Komitə bildirir ki, sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşmışdır.