2019-cu ilin yanvar-dekabr aylarında Bakıda 39 milyard 667 milyon manatlıq məhsul istehsal edilmişdir. Bu göstərici ümumi daxili məhsulun 48,4% deməkdir. Belə ki, 2019-cu ildə ümumi daxili məhsulun həcmi 81 milyard 681 milyon manat olub.
Eləcə də bax: Azərbaycanın bu rayonunda – ORTA MAAŞ 1700 MANATDIR
FED.az xəbər verir ki, Bakıda 2019-ci il üzrə məhsul istehsal göstəricisi 2018-ci illə müqayisədə 1 milyard 631 milyon manat və ya 3,98% azdır. 2018-ci ildə bu göstərici 41 milyard 298 milyon manat təşkil etmişdi. İstehsala olunan malın 230 milyon 634 min manatlığı və ya 0,80% anbarda qalıb.
Ümumilikdə Bakıda məhsul istehsalının 72,9%-ni Səbail rayonun payına düşüb. Ən az məhsul istehsalı Xəzər rayonunda olub. Belə ki, qeyd edilən rayonda 291 milyon manatlıq məhsul istehsal olunub. Bu da ümumi məbləğin 0,13% dir.
Qeyd edək ki, 2018-ci illə müqayisədə 2019-cu ildə yalnız Nəsimi, Səbail, Suraxanı rayonlarında məhsul istehsalında azalma baş verib. Digər 9 rayonda artım olub.
2018-ci illə müqayisədə ən böyük artım dinamikası Nizami rayonunda olub – 17,5%. İkinci ən böyük artım 15,8% Yasamalda , üçüncü isə 15,4% lə Xəzər rayonunda təşkil etmişdir.
Daha ətraflı aşağıdakı cədvəldən tanış olamq olar: