2021-ci ilin yanvar-oktyabr aylarında Azexport.az portalına 398,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Eləcə də bax: Xurma 1-ci, karbamid 2-ci, fındıq 3-cü olub - AZƏRBAYCANIN İXRACINDA SON VƏZİYYƏT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, 2021-ci ilin oktyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 31,1 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin oktyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq yağı, çay, zəli, tütün, un, tikinti materialları, yağ, şərab, bal, velosiped, armudu stəkan, qənnadı məhsulları, və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 oktyabr tarixinə kimi (58 ay ərzində) Azexport.az portalına dünyanın 238 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,62 milyard ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2021-ci ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 23 milyon ABŞ dolları olub. 2017-ci ildən 2021-ci ilin dekabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə ixrac edilən mal və məhsulların dəyəri 688 milyon ABŞ dolları təşkil edib.