2016-cı ildə 2015-ci ilə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,5 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, 2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən yükdaşıma qiymətləri 2,6 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,6 və 3,6 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 3,6 faiz, dəniz nəqliyyatında 3,7 faiz, avtomobil nəqliyyatında 1,3 faiz bahalaşmış, ölkədaxili yükdaşıma qiymətləri sabit qalmışdır.