Neft qiymətləri İraqın bazar ertəsi verdiyi bəyanat fonunda və ABŞ-dakı qazma fəallığının gücləndirilməsi barədə məlumatlar fonunda ucuzlaşmağa başladı. Bəyanatda İraq bildirirdi ki, bazarı dəstəkləmək üçün neft hasilatının azaldılması barədə OPEK-in hər hansı razılaşmasına qatılmaq istəmir.
Moskva vaxtı ilə 8.20-də WTI markalı neft fyuçersləri 0,49% azalaraq bir bareli $50,60 dollara çatdı.
Brent markalı neft fyuçersləri isə əvvəlki bağlanış sessiyasından 0.41% aşağı düşərək bir barel üzrə $51,57 dollara satılmağa başladı.
Treyderlər deyirdilər ki, qiymətlərin aşağı düşməsi İraqdan gələn yuxarıda adıçəkilən kommentarilərin ardınca baş verdi. Qeyd edək ki, İraq OPEK-in neft hasilatı ilə bağlı razılaşmalara girmək istəmir və neft hasilatının azaldılması barədə razılaşmanın 30 noyabr sammitində kartel tərəfindən bağlanacağı planlaşdırılır.
OPEK istehsalı sentyabrla müqayisədə (sutka ərzində 33.39 milyon barel istehsal edilirdi) sutkada 32,50-33,0 milyon barelədək salmağı planlaşdırır.
Qeyd edək ki, İraqın iştirakı olmadan buna nail olmaq bir qədər çətin olacaqdır.
Bazar günü İraqdan bildirildi ki, onun neft hasilatı sutkaya 4,774 milyon barel təşkil edir, ixrac isə sutkaya 3,87 milyon barel təşkil edir.
Bazara həmçinin ABŞ-da keçən həftə qazma qurğularının sayındakı artımla bağlı məlumatlar da təsir etdi.
"Bu yaxınlarda qiymətlərdə baş verən dəyişikliklərlə əlaqədar çox güman ki, biz qazma alətlərinin sayındakı artımın davam edəcəyini müşahidə edəcəyik" deyə Morgan Stanley (NYSE:MS) analitiki bildirdi.
Yaponiyaya neftin idxalı sentyabrda illik qiymətlə müqayisədə 4,6% aşağı düşdü və sutkada 3,27 milyon barelə çatdı. Bunu bazar ertəsi dərc edilən rəsmi məlumatlarda da görmək olar.
investing.com©