Dünya bazarında neft qiymətlərinin Azərbaycan iqtisadiyyatına təsirləri ilə bağlı proqnozlar açıqlanıb.
Eləcə də bax: 2021-ci il dövlət büdcəsi - Açıqlandı
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 3 ssenari üzrə (neftin qiyməti 35, 40, 45) proqnozlara əsasən 2020-ci ilin sonunda ÜDM-in azalması gözlənilir. Həmin proqnozlara əsasən baza (40 $) ssenaridə 2020-ci ildə ümumi daxili məhsul real ifadədə 3,7 faiz az olmaqla 70,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM isə 2,9 faiz az olmaqla 50,4 mlrd. manat həcmində proqnozlaşdırılır.
2021-ci il və ortamüddətli dövrdə iqtisadi artım templərinin nisbətən bərpa edilməsi ilə ölkədə ÜDM-in həcmi 2024-cü ildə 89,5 milyard manata qədər artacaqdır. Qeyd edək ki, qeyri-neft ÜDM növbəti ildə 3,5 faiz real artımla 53,6 milyard manat təşkil edəcəyi gözlənilir. (Trend)