Bazar ertəsi neft qiymətləri düşməyə davam etdi v yeni bir aylıq minimumuna qədər aşağı düşdü. Bu da OPEK-in hasilatı məhdudlaşdıracağı ilə blı planlaşırılmış sövdələşməsinin reallaşacağı barədə xəbərlər fonunda baş verdi.
Nyu-york əmtəə birjasında dekabrda çatdırma ilə WTI neftinin qiyməti sessiyanın minimumuna, yəni bir barel üzrə $47,95 dollara çatdı və bu da 3 oktyabrdan bəri müşahidə edilən ən aşağı qiymət idi.
Saat 13:35 GMT-yə verilən məlumata görə neftin qiyməti $47,99, və ya 69 sentdən aşağı (1,42%) təşkil etdi. Bu da cümə günü $1,02 (2,05%) aşağı düşmədən sonra baş verdi.
londonun ICE birjasında Brent markalı neftin qiyməti dekabrda çatdırma ilə 69 sent (1.32%) aşağı düşərək bir bareli $50,05 dollar təşkil etdi. Bu da cümə günü 92 sent və ya 1.78% aşağı enmədən sonra baş verdi.
Əvvəlki sessiyanın gedişində Londonda satılan Brent markalı neftin qiyməti $49,31 dollara düşərək 30 sentyabrdan bəri minimum həddə çatdı. Bu da OPEK-in planlaşdırdığı razılaşmanın həyata keçirilməsi fonunda yaranan narahatlıqlarla bağlı idi.
investing.com©