2019-cu ildə Azərbaycan Respublikası `Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin həcmi 11 364,3 mln. manat nəzərdə tutulur.
FED.az-ın 2019-cu il dövlət büdcəsi zərfinə istinadən verdiyi xəbərə görə, bu isə 2018-ci ilin proqnozu ilə müqayisədə 398,3 mln. manat və 3,6% çox, 2017-ci ilin icrası ilə müqayisədə isə 5 264,3 mln. manat və ya 86,3% çoxdur.
Qeyd edək ki, 2018-ci ildə Fonddan dövlət büdcəsinə transfertin yuxarı həddi 10,966 mlrd. manat proqnozlaşdırılır. ARDNF-in 2019-ci il üçün gəlirləri 15 579,2 mln. manat, xərcləri isə 11 364,3 mln. manat həcmində nəzərdə tutulur.
Eləcə də bax: 2019-ci ildə 34 rayon və şəhərə dotasiya ayrılmayacaq - SİYAHI