Yanvar ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin məbləği açıqlanıb.
Fonddan verilən məlumata görə, ötən ay ARDNF tərəfindən valyuta hərraclarında 285 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan Mərkəzi Bankında valyuta hərracı yanvarın 31-də keçirilib. ARDNF-nin də iştirakı ilə keçirilmiş hərracda manatın orta çəkili məzənnəsi 1,9200 səviyyəsində formalaşıb.