Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2017-ci ilin oktyabrın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
ARDNF-dən FED.az-a bildirilib ki, bu ilin 9 ayı ərzində AÇG yataqları üzrə 4,574 mlrd. dollar gəlir əldə edilib.
Qeyd edək ki, 2001-ci ildən 2017-ci ilin oktyabrın 1-dək AÇG yataqlar bloku üzrə 126,683 mlrd. ABŞ dolları gəlir əldə olunub.