Neft ehtiyatları onun hasilatına qoyulan məhdudiyyətlər üzrə aparılan yeni danışıqlara görə artır.
SİNQAPUR (Reyter) – Neft qiymətləri bazar ertəsi səhər saatlarında aparılan sövdələşmələr zamanı qalxmışdı, çünki neft hasilatında məhdudiyyətlərin qoyulması barədə OPEK-in bəzi üzvləri arasındakı danışıqların bərpa olunması barədə qızğın söhbətlər gedirdi.
WTI markalı neftin fyuçersləri saat 8:22-də bir barel üzrə 41.99 dollar səviyyəsində idi və bu da əvvəlki bağlanmanın üzərinə 19 sentin əlavə edilməsi deməkdir. Brent markalı neftin fyuçersləri 20% bahalaşaraq bir barel üzrə $44,47 dollar civarında oldu.
Kotirovkaların (qiymət təyin etmələrinin) sıçrayışı hasil olunan həcmi məhdudlaşdırmaq istəyən OPEK-ə üzv olan bəzi ölkələrin davamlı olaraq tələbatı artıran neft hasilatının dondurulması barədə yenilənmiş çağırışlarından sonra baş verdi.
"Deyirlər ki, bu mövzuya qayıdışın təşəbbüskarları olan OPEK üzvləri arasında Venesuela, Ekvador və Küveyt kimi ölkələr də vardı. Ancaq əvvəlki cəhdlər kimi, bu da ehtimal ki, müvəffəqiyyətsizliyə məhkumdur, çünki OPEK-in (Səudiyyə Ərəbistanı, İraq və İran) əsas üzvləri əvvəlki kimi bazar payı uğrunda mübarizə apararaq ixrac üçün daha çox boş məkan qoymuş olur”- ClipperData-dan olan Metta Smitin analitik qeydində deyilir.
Ancaq hələ heç bir razılaşma yoxdur və böyük hasilata, o cümlədən qiymət endirimlərinə gətirib çıxaran bazar payı uğrunda mübarizə əvvəlki kimi bazarlara öz təzyiqini göstərir.