Ayaz Əliyev İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib.
A. Əliyev 1996-2001-ci illərdə Mingəçevir Politexnik İnstitutunda müəllim olub, 2001-2003-cü illərdə Bakı şəhəri üzrə Baş Vergilər İdarəsinin Vergi ödəyicilərinin auditinin təşkili şöbəsinin və Vergilər Nazirliyinin Daxili nəzarət baş idarəsinin Vergi orqanlarının fəaliyyətinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifələrində işləyib.
A. Əliyev 2003-2008-ci illərdə Vergilər Nazirliyinin Daxili nəzarət baş idarəsinin Şəxsi heyətlə iş üzrə şöbəsinin, Daxili təhlükəsizlik baş idarəsinin Daxili audit şöbəsinin və Daxili audit baş idarəsinin Struktur bölmələrinin auditi şöbəsinin rəisi vəzifələrində çalışıb. Kiçik vergi xidməti müşaviri xüsusi rütbəsi var. 2008-2014-cü illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin aparatında şöbə müdiri vəzifəsində işləyib. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi vardır. 2014-cü ilin mart ayından İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini, 2017-ci ilin dekabrından Aparat rəhbəridir.
Qeyd edək ki, bundan öncə İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev Azərbaycan prezidenti İlham Əliyevin 22 dekabr 2017-ci il tarixli sərəncamı ilə energetika nazirinin müavini təyin edilib.