Nazirlər Kabineti “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərar verib.
FED.az xəbər verir ki, qərara əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının üzvlərinin sayı 12 nəfərdən ibarət müəyyənləşdirilib.
Kollegiyanın sədri:
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə
Kollegiyanın üzvləri:
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov
Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Adil Qəribov
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin direktoru Faiq Fərmanov
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının insan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin müdiri Sevinc Hacıyeva
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Suat Paşayev
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov