İqtisadiyyat Nazirliyi qeyri-neft məhsullarının və ya məhsul qruplarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi məqsədi ilə xarici bazarı araşdıracaq.
FED.az xəbər verir ki, “Hədəf bazarlar: Çin Xalq Respublikası, Hindistan, MDB, Avropa Birliyi, Orta Şərq, Şərqi Asiya ölkələri”, - deyə nazirlikdən bildiriblər.
Maraqlanan şirkətlər cari il iyulun 15-də keçiriləcək müsabiqədə iştirak edə bilərlər. Müraciət edən ixracatçılar tərəfindən yalnız bir ölkə və bir məhsul seçilə bilər.
Seçim meyarları: sahibkarın müvafiq məhsul üzrə istehsal potensialı, sahibkarın istehsal etdiyi məhsulun hədəf ölkəyə (ölkələrə) ixrac potensialı, hədəf bazarlara aidlik.
Müsabiqənin təşkilatçısı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).
İnterfaks