Bu il Ələt azad iqtisadi zonasının tikintisinə başlanacaq.
Eləcə də bax: Prezident "Vergi cənnəti" haqqında - FƏRMAN İMZALADI
“2020-ci ildə Ələt limanı yaxınlığında Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi üçün zəruri, o cümlədən infrastrukturun qurulması üçün işlərə başlanacaqdır.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Nazir əlavə edib ki, artıq bu məqsədlə vəsait nəzərdə tutulub və zonanın idarəedicisi müəyyən edilib. Bu layihənin reallaşdırılması Azərbaycanın nəqliyyat və logistika potensialından daha geniş istifadəyə, xarici investisiyaların cəlbinə kömək edəcək.