Regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkında indiyədək 24 sahibkarlıq subyektinə rezident statusu verilib.
FED.az xəbər verir ki, bunu Twiter səhifəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov yazıb.
Nazir qeyd edib ki, növbəti mərhələdə 400 milyon manatdan çox investisiyanın qoyulması və 900-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.