“Rusiyanın işğalı nəticəsində Ukrayna infrastrukturunun 20-30 faizi dağılıb”.
Eləcə də bax: Rusiya MN: Ukraynada “Bayraktar”ın idarəetmə stansiyası - MƏHV EDİLİB
FED.az xəbər verir ki, bunu Ukraynanın infrasturktur naziri Aleksandr Kubrakov “Le Monde”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 4 aylıq müharibə zamanı yollar, körpülər, dəniz limanları, dəmir yollar və hava limanlarına ziyan dəyib.
Nazirin qənaətincə, Ukrayna iqtisadiyyatına 100 milyard dollardan artıq ziyan dəyib: “Müharibə sonucunda 105,5 milyard dollarlıq yaşayış və qeyri-yaşayış məntəqələri, o cümlədən 40 milyard dollardan artıq avtomobil yolları dağılıb. Mariupol, Xarkov, Çerniqov, Severodonetsk və Lisiçansk şəhərlərinə daha çox ziyan dəyib. 320 min nəfərin evi dağılıb. Biz daha çox insanın evsiz qaldığını ehtimal edirik. Məsələn, Mariupol tamamilə dağıdılıb”. (Report)