Bu ilin nəticələrinə görə, Azərbaycanda nominal ÜDM-in həcminin 50 mlrd. ABŞ dollarından çox olacağı proqnozlaşdırılır.
Eləcə də bax: Azərbaycanda illik inflyasiya - 6%-İ KEÇİB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, ortamüddətli dövr (2022-2026-cı illər) üzrə ölkənin strateji inkişaf strategiyasında əks olunan hədəflərə çatmaq üçün uğurlu dinamika təmin olunur.
"Bu ilin 11 ayının nəticələrinə görə, ÜDM-in artım tempi 5,3%, o cümlədən qeyri-neft sektorunda 6,4% olub. Qeyri-neft məhsullarının ixrac artımı tempinə gəldikdə, hesabat dövründə bu rəqəm 44% səviyyəsindədir və ilin sonuna qədər biz müvafiq dinamikanın saxlanılmasını proqnozlaşdırırıq", - deyə M. Cabbarov qeyd edib.