2023-cü ildə Azərbaycan biznesinin inkişaf fondunun ərsəyə gətirilməsini hədəf qoyuruq.
Mikayıl Cabbarov: "Gələn il sahibkarların iştirakı ilə Naxçıvanda böyük tədbir planlaşdırırıq"
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Biz Azərbaycan iqtisadiyyatının, KOB-ların tələblərini nəzərə alaraq biz bir sıra yeni maliyyə alətlərini ərsəyə gətirəcəyik. Bununla bağlı gələn ilin birinci rübündə ixtisaslaşmış təqdimat keçirəcəyik. Burada həm qrant xarakteri daşıyan alətləri, həm də dayanıqlı alətlərin təqdim edilməsini nəzərdə tuturuq", - deyə nazir vurğulayıb. (Apa)