2022-ci ilin ilk rübündə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 34,4 faiz artaraq 2 milyard 802 milyon 191,1 min manat təşkil edib və proqnoz 123,8 faiz səviyyəsində icra olunub.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir qeyd edib ki, qeyri-neft sektoru üzrə daxilolmalar 48,9 faiz artaraq 2 milyard 249 milyon 381,3 min manat olub və proqnoz 128,6 faiz yerinə yetirilib.