Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondu İdarə Heyyətinin sədri Kənan Nəcəfov bu ilin 11 avqustunda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub.
Eləcə də bax: SOCAR-ın yeni vitse-prezidentləri kimlərdir? – DETALLAR
FED.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişaf Fondu İdarə Heyyyətinin sədri vəzifəsi müvəqqəti olaraq Osman Xalıyevə həvalə edilib.
Osman Xalıyev həmçinin İdarə Heyəti sədrinin müavini təyin olunub.
Qeyd edək ki, Osman Xalıyev 2019-cu ilə Kənan Nəcəfovun icraçı direktor olduğu “Yeni Kapital” şirkətində məsləhətçi vəzifəsini daşıyıb. Daha əvvəl Osman Xalıyev Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestr xidmətində çalışıb. (Qaynarinfo)