Hazırda qeyri-neft ixracının artırılması məqsədi ilə 10 ölkə ilə Azad Ticarət sazişi və Türkiyə Respublikası ilə prefensial ticarət sazişi qüvvədədir.
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən “Gömrük-Biznes Forumu 2023”-də çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
Türkiyə imzalanmış prefensial sazişə əsasən birsıra kənd təsərrüfatı və digər Azərbaycan və Türkiyə mənşəli mallara qarşılıqlı preferensial ticarət rejimi tətbiq edilir.
O bildirib ki, neft və qazın dünya bazar qiymətlərinin azalmasına baxmayaraq xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunmaqdadır. (Apa)