Bu gün Gürcüstanda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Dmitri Kumsişvili ilə görüşüb.
Görüşdə çıxış edən D. Kumsişvili bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: "Bizim istiqamətlərimiz əlaqəlidir. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bizim iqtisadi maraqlarımız üst-üstə düşür".
Ş. Mustafayev isə bildirib ki, Azərbaycan və Gürcüstan beynəlxalq aləmdə hər zaman bir-birini dəstəkləyib. "Biz regional layihələrdə birgə iştirak edirik və ölkələrimizin iqtisadi inkişafına nail olmağa çalışırıq", - deyə nazir qeyd edib.
Bunun ardınca görüş jurnalistlər üçün qapalı şəraitdə keçirilib.
Apa©