May ayına qədər Belarusda Azərbaycan Ticarət Evi fəaliyyətə başlayacaq. FED.az İnterfax Agentliyinə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“Yaxın iki ay ərzində ixracın dəstəklənməsi məqsədilə Belarusda Azərbaycan Ticarət Evi fəaliyyətə başlayacaq. Bundan başqa, Rusiya və Ukraynada da analoji Ticarət Evlərinin açılışı planlaşdırılır”, - deyə Ş.Mustafayev bildirib.
Onun sözlərinə görə, ixracın təşviqi məqsədilə Azərbaycan xaricə ixrac missiyalarının təşilini davam etdirəcək.
Bundan başqa, qeyri-neft məhsullar ixracı ilə məşğul olan sahibkarlara ixracın təşviqi çərçivəsində 600 min manata yaxın vəsait qaytarılıb.