1 mart 2021-ci il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları 51 mlrd. ABŞ dollarına yaxın bir məbləğ təşkil edib.
Eləcə də bax: AMB-nin valyuta ehtiyatları cüzi - Azalıb
FED.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrə dair dəyirmi masada deyib.
Onun sözlərinə görə, bu, 2020-ci il üzrə ölkə ÜDM-in təqribən 120%-ni təşkil edir. Nazir qeyd edib ki, strateji valyuta ehtiyatlarının həcmi xarici dövlət borcunu 5,8 dəfə üstələyir.
Xatırladaq ki, 29 yanvar faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirmişdi ki, Azərbaycanını strateji valyuta ehtiyatları yanvarda 0,3% artaraq 51,4 mlrd. ABŞ dollarına çatıb. (Apa)
Beləliklə, ölkənin valyuta ehtiyatları fevral ayı ərzində mümkün cüzi dəyişiklikləri nəzərə almadan eyni səviyyədə – 51 mlrd. dollar civarında qalıb. (Apa)