Azərbaycanda özəlləşdirmənin yeni mərhələsi başlayır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən “Azərbaycanda investisiyalara dair beynəlxalq konfrans”da deyib.
"Azərbaycanda yeni özəlləşdirmə dalğası başlayır. Biznesi bu imkandan yararlanmağa dəvət edirəm", - deyə o bildirib.
Nazirin sözlərinə görə, yeni özəlləşdirmə proqramı 300-dən çox təsərrüfat obyektini əhatə edir.
"Proqrama xidmət, ticarət obyektləri, otel kompleksləri və s. daxildir", - deyə Ş.Mustafayev əlavə edib.
2017-ci ilin dövlət büdcəsində özəlləşdirmədən əldə olunacaq gəlirlər 200 mln. manat məbləğində nəzərdə tutulub ki, bu da 2016-cı ilin göstəricisindən 2 dəfə çoxdur.