Azərbaycan Çexiyaya qeyri-neft məhsullarının ixracını genişləndirmək niyyətindədir.
FED.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Azərbaycan-Çexiya biznes-forumunda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, Azərbaycanın Çexiyaya ixrac edə biləcəyi məhsulların siyahısının müəyyən olunması üçün təhlillər aparılıb.
Ş.Mustafayev deyib: “İlk növbədə bu, müxtəlif kənd təsərrüfatı məhsulları, o cümlədən fındıq, çay, tərəvəz, meyvə, pambıq, şərab və digər məhsullardır”.
Nazir həmçinin qeyd edib ki, Azərbaycan və Çexiya sənaye, nəqliyyat, turizm, maliyyə və digər sahələrdə əməkdaşlığı genişləndirə bilər.