Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2020-ci ilin yanvar-avqust aylarında 328 milyon 123 min 400 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.
FED.az xəbər verir ki, ixracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 288 milyon 51 min ABŞ dolları təşkil edib və 247 milyon 978 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
"azərtac"